среда, 6 апреля 2016 г.

Səhv bildiyimiz faktlar...

Enşteyn həqiqətənmi məktəbdə yaxşı oxumayıb?


Bir çox məktəblilərin təskinlik tapdığı cümlələrədn biridə budur ki, Enşteyn məktəbdə pis oxuyub. Əslində isə bu heç də belə deyil. Fizika və riyaziyyat fənlərindən heç də geri qalmırdı.
 
Lampanı kim kəşf edib?

Edison bildiyimiz kimi bir çox şeyləri kəşf edib. Lakin bildiyimiz ışıq lampalarını o kəşf etməyib. Lampaları Joseph Swan kəşf edib.
Su nə rəngdir?

       Bildiyimiz kimi, bu sualın cavabı rəngsiz olmalıdır. Su şəffaf və rəngsiz mayedir.
Xeyr! Səhvdir. Su əslində mavidir. Son dərəcə açıq rəng olsa da, su mavi rəngdədir. Donmuş bir şəlalənin qalın buzlarının içinə baxsaq, ya da böyük, ağ rəngli bir hovuzu su ilə doldursaq, suyun mavi olduğunu görərik.


Edisonun kəşfi kimi sandığımız telefonla hər gün  danışanda niyə "Alo"  deyirik??
 
Edison 3 və ya 6 metr uzaqdan eşidilə biləcəyi üçün telefon danışıqlarına Alo deyərək başlamaq lazım olduğunu demişdir. Edison bunu Qraham Bellin ilk telefonunu test edərkən kəşf etmişdir. Bel isə dənizçilərin istifadə etdiyi "ahoy", "hoy", "hey", "ho" kimi nidalardan istifadə edirdi. 

Ayın qoxusu necədir?


Əlbəttə ki, barıt qoxusu verir...

Ayda yalnız 12 insan gəzib. Bunların hamsı amerikalı idi. Astronavtlar Aydakı torpağın qara bənzədiyini, barıt iyi verdiyini və dadının çox pis olmadığını deyirlər. Bu torpaqın tərkibində çoxlu maqnezium, dəmir, kalsium kimi minerallarla yanaşı, böyük miqdarda silikon dioksit də var.

Maddənin neçə halı var??


"Çox asan sualdır, maddənin fizikaya görə, 4 halı var:
bərk, 
maye,  
qaz, 
plazma." deyənlər yanılır.
Çünki maddənin 15 halı var:
bərk, amorf bərk, maye, qaz, plazma, super axıcı, super qatı, dəyişilmiş qatı hal, notrunoyum, güclü simmetrik maddə, zəif simmetrik maddə, kavr-qlüon plazma, fermionik qatılaşma, Boze- Eynşteyn qatılaşması, qəribə maddə.
..

- Mənbələr: 
1) http://joy.az/interesting
2) http://avaremu.blogcu.com/

Комментариев нет:

Отправить комментарий