“Fizika” sözü antik yunan dilindən götürülüb, “təbiət” deməkdir. Təsadüfi deyil ki, Aristotel özünün bütün naturfəlsəfi baxışlarının toplandığı əsəri “Fizika” adlandırmışdır. Bu əsərində Aristotel yazır ki, təbiət haqqında elm (fizika), əsasən, cismləri və onların kəmiyyətlərini, xassələrini və hərəkətlərinin növlərini, bundan başqa, belə varlıqların başlanğıclarını öyrənir. A.Enşteynə görə fizikanın başlıca vəzifəsi dünyanın məntiqi fikrini, panaramasını hasil etmək üçün ən ümumi və elementar qanunları kəşf etməkdən ibarətdir.
Təbiətdən ən sadə və ən ümumi olanı öyrənmək çətin, çətin olduğu qədər də şərəfli işdir. “Ən sadə” sözü altında adətən ilkin obyektlər: molekullar, atomlar, elementar hissəciklər və s., “ən ümumi” dedikdə isə hərəkət, məkan və zaman, enerji, kütlə, güc və s. nəzərdə tutulur. Fizika elmi təbiətin müxtəlif cism və hadisələrini öyrənərkən mürəkkəb olanı sadəyə, konkret olanı ən ümumiyə bərabər edir. Beləliklə də, həqiqiliyi təkcə Yer şəraitində və Yerətrafı aləmdə deyil, həmçinin bütün kainatda təsdiq olunan universal qanunlar müəyyənləşdirir. Fizikanın fundamental elm kimi mühüm özəlliklərindən biri də budur.
Klassik təbiətşünaslığın baniləri Q.Qaliley və İ.Nyutondur. Q.Qaliley Günəş sistemi haqqında antik dövrdə yaranmış (Aristotel tərəfindən irəli sürülmüş) geosentrik təlimi inkişaf etdirərək, heliosentrik sistemin əsaslarını irəli sürmüşdür. Geosentrik təlimə görə, Yer kürəsi Günəş sisteminin hərəkətsiz mərkəzidir. Günəş sisteminin mərkəzinin hərəkətsiz olması haqqında fikir Aristotelin fəlsəfi sistemindən irəli gəlir. Aristotelin yaratdığı fəlsəfi təlimdə varlığın və idrakın əbədi və dəyişilməz başlanğıclarının olması müddüası dayanır və geosentrik sistemində də bu yanaşma özünü göstərir – Yeri Günəş sisteminin hərəkətsiz başlanğıcı hesab edir.
Q.Qaliley 16-17-ci əsrlərdə mövcud olmuş texniki imkanlardan istifadə edərək yaratdığı böyüdücü cihazlar vasitəsilə Günəş sistemi planetlərini müşahidə etməyə başlamış və müşahidələrinin ümumiləşdirilməsi nəticəsində bu nəticəyə gəlmişdir ki, bu sistemin mərkəzində Günəş dayanır və bütün planetlər Günəş ətrafında hərəkət edirlər. Deməli, Yer də hərəkət edir, Günəş ətrafında sükunətdə deyil, daim hərəkətdə olan bir planetdir. Beləliklə də, heliosentrik sistem yaranmış və klassik mexanikanın mühüm prinsiplərindən birinə çevrilmişdir.
Heliosentrik sistemin zirvəsində alman astronomu İohan Keplerin planetlərin hərəkətlərini təsvir edən (idarə edən) qanunları dayanır. Qalileyin aşkar etdiyi astronomik faktlar, digər tərəfdən klassik mexanikanın 3 fundamental qanunu eksperimental təbiətşünaslığın əsasını təşkil edir. Lakin klassik mexanikanın qanunları ilə Aristotel mexanikasını qarşı-qarşıya qoymaq olmaz. Onların arasında Çin səddi yoxdur. Aristotel mexanikasına görə göy cismlərinin (planetlərin) hərəkət qanunları Yerdə baş verən mexaniki hərəkət qanunlarından fərqlidir. Deməli, Yer mexanikası əsasında göy cismlərinin hərəkətini təsvir (izah) etmək olmaz. Qaliley və Kepler göy və Yer cismlərinin mexanikasının eyni qanunlara tabe olduğunu əsaslandırırdılar, bununla da klassik mexanika ilə ona qədər mövcud olmuş Aristotel mexanikası arasında sərhədlər götürülür. Kepler və Qaliley Yer və göy mexanikası üçün eyni qanunların mövcud olduğunu təsdiq etmək üçün kinematik qanunlar irəli sürdülər. Bu qanunlar Yerdə və göydə mexaniki hərəkətin kəmiyyət və keyfiyyətcə eyni olduğuna əsaslanır. Kepler qanunları və ümumdünya cazibə qanununu yeni planetlərin kəşf olunması üçün mühüm rol oynadı. Belə ki, ingilis astronomları C.Adams, fransız astronomu Urben Leveril eyni zamanda Neptun planetinin varlığı barəsində məlumat verdilər. 1915-ci ildə isə amerikan astronomu Persival Loverl yeni planetin axtarışı üzrə tədqiqatlara başladı. 1930-cu ildə onun davamçısı K.Tombo Pluton planetini kəşf etdi.
Ümumiyyətlə klassik fizika mərhələsini səciyyələndirən bir sıra kəşflər mövcuddur. Onlardan bir neçəsi aşağıdakılardır:
1). Təcrübi qaz qanunları müəyyənləşdirilmişdir
2). Qazların kinetik nəzəriyyəsinin tənliyi təklif edilmişdir
3). Enerjinin bərabər və sərbəst paylanması prinsipi formula edildi, bu da özünü termodinamikanın I və II
qanunlarında göstərmiş oldu
4). Klon qanunu, Om qanunu, elektromaqnit induksiyası hadisəsi kəşf edildi
5). Elektromaqnit nəzəriyyəsi formula edildi
6). İşığın interferensiyası, difraksiyası və polyarlaşması dalğa nəzəriyyəsi mövqeyindən izah edildi. İşığın udulması
və səpələnməsi qanunları aşkar edildi və s.
Klassik fizikada ingilis fiziki C.Maksvel tərəfindən işığın elektromaqnit nəzəriyyəsi hazırlandı və xüsusi yer tutdu. Bu nəzəriyyə o dövr üçün bəlli olan bir sıra fiziki hadisələri izah etməyə və işığın elektromaqnit təbiətli olduğunu təsdiq etməyə imkan verdi.
19-cu əsrin sonlarında mütləq qara cismin spektrlərinin eksperimental tədqiqi zamanı enerjinin paylanması qanununa uyğunluğu kəşf edildi. Bu qanunauyğunluq şübhəsiz ki, klassik mexanika çərçivəsində izah edilə bilməzdi. Bu problem klassik fizika üçün “ultrabənövşəyi katostrof” sayılırdı. Həmin hadisənin eksperimental izahı 1900-cü ildə Maks Plank tərəfindən irəli sürüldü. Bu zaman Plank klassik fizikanın qəbul olunmuş ümumi müddüalarından imtina etməli oldu. Belə ki, klassik fizikaya görə hər bir sistemin enerjisi yalnız fasiləsiz olaraq dəyişilə və ixtiyari kəmiyyət ala bilər. M.Plank enerjinin paylanması qanunauyğunluğunu izah etmək üçün Kvant hipotezini irəli sürdü. Bu hipotezə görə, enerji fasiləsiz deyil, yalnız porsiyalarla paylana bilər. Yəni, kvantlarla səpələnə bilər. Deməli, kvantlardan kənarda enerjinin nə varlığı nə də onun səpələnməsi qanunauyğunluğunu izah etmək olmaz. Bu hipotezə görə, kvantın enerjisi onun tezliyi ilə düz mütənasibdir.
Müasir fizikanı səciyyələndirən xüsusiyyət, özəllik ondan ibarətdir ki, maddi cismlərin hərəkəti haqqında klassik mexaniki təsəvvürlərlə yanaşı kvant mexanikası təsəvvürləri də inkişaf etdirilir.

Комментариев нет:
Отправить комментарий