среда, 6 апреля 2016 г.

Enerjinin saxlanması qanunu

Enerjinin saxlanması qanunu – təbiətinən ümumi qanunlarından biri (saxlanma prinsipləri).
Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir.
Mexaniki enerjinin saxlanma qanunu 
E(tam)= E(kinetik)+ E(potensial)= const
şəklində ifadə olunur. Yəni enerji bir haldan digərinə keçərkən saxlanılır.
Burada E(tam)= tam enerji, E(kinetik)-kinetik enerji, E(potensial)-potensial enerjidir.
Mexaniki enerjinin saxlanma qanununun mənası belədir: 
-Potensial enerji sıfra bərabər (minimum) olanda , kinetik enerji ən böyük (maksimum) qiymətini alır. Kinetik enerji sıfra bərabər (minimum) olanda , potensial enerji ən böyük (maksimum) qiymətini alır. 
Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur.
Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.

Комментариев нет:

Отправить комментарий