среда, 6 апреля 2016 г.

Qazlarda elektrik cərəyanı

Qaz o zaman elektrik cərəyanını keçirən naqilə çevrilir ki, onda sərbəst yükdaşıyıcılar yaransın. Qazlarda elektrik cərəyanını : elektronlar, müsbət və mənfi ionlar yaradır. Qazda iki üsulla sərbəst yükdaşıyıcılar yaratmaq olar: 1. Qaz molekullarını xarici tәsirlә ionlaşdırmaqla. Qazın neytral atom vә molekullarını ionlaşdıran xarici tәsirlәr ionizator adlanır. Xarici tәsirlәr olan yüksәk temperatur, şüalandırmaq, yüksәksürәtli zәrrәciklәrlә “bombardman” etmәk vә s. ionizatordur. 2. Qaz mühitinә xaricdәn yüklü zәrrәciklәr (elektron, ion) daxil etmәklә. Mәsәlәn, şamı yandırdıqda onun alovu havanı sәrbәst yükdaşıyıcılar olan müsbәt vә mәnfi ionlarla tәchiz edir. Qazlardan elektrik cәrәyanının keçmәsi qaz boşalması adlanır. Qazlarda elektrik cәrәyanı elektrik sahәsinin tәsiri altında elektronların, müsbәt vә mәnfi ionların nizamlı hәrәkәtidir. İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq yenidən neytral atoma çevrilir. Bu proses rekombinasiya adlanır. Zərrəciklərinin rekombinasiyası nəticəsində qaz yenidən dielektrikə çevrilir və xarici elektrik sahəsinin olmasına baxmayaraq, qaz boşalması kəsilir. İonlaşdırıcının tәsiri altında baş verәn qaz boşalması qeyri-müstәqil boşalma adlanır.

Комментариев нет:

Отправить комментарий