среда, 6 апреля 2016 г.

Ay fırlandığı halda niyə onu hər zaman eyni vəziyyətdə görürük?

Yer kürəsinin yeganə peyki olan Ay bildiyimiz kimi Yerin ətrafında fırlanır. Eyni zamanda o, həm öz oxu ətrafında fırlanır. Bəs belə olan halda necə olur ki biz həmişə Ayın eyni üzünü görürük? Eyni üzünü görmək bir yana, hətta həmin o üzü də tərpənməz halda görürük?

moon-orbit
Bu sualın cavabını sözlə qısa ifadə etsək cavab belədir: Ay öz oxu ətrafında zəif sürətlə fırlanır və öz oxu ətrafında bir dövrü başa vurunca yerin ətrafında da bir dövrü başa vurur. Yəni Ayın yer ətrafında fırlanması ilə öz oxu ətrafında bir dövrə vurması eyni vaxt tələb edir, təxminən 1 ay. Bu halda iki fırlanma bir birini “sığortalayır” və biz həmişə Ayı eyni vəziyyətdə görürük. Aşağıdakı videoya baxsaq hər şey daha aydın olar.

Mənbə: https://bilikli.net/ay-firlandigi-halda-niyə-onu-hər-zaman-eyni-vəziyyətdə-goruruk/

Комментариев нет:

Отправить комментарий