Makvell rəqqasını tanıyırsınızmı?
Bu alət nə üçün istifadə olunur?
Maksvell rəqqası oxuna sap bağlanmış diskdən ibarətdir. Maksvell rəqqası enerjinin saxlanma qanununu izah edən ən primitiv cihazdır.
Bu cihazı düzəltmək üçün əvvəlcə diski ştativdən asırıq. Sapı oxa dolamaqla, diski yuxarı qaldırıb sərbəst buraxırıq və oxa bərkidilmiş disk fırlanmağa başlayır. Beləliklə, mexaniki enerjinin dəyişməsi baş verir. Disk yuxarı qalxanda onun potensial enerjisi maksimum olur, kinetik enerjisi sıfra bərabər olur. Və əksinə, disk aşağı düşəndə kinetik enerjisi maksimum olur, potensial enerjisi sıfra bərabər olur. Disk ortada olduqda isə, o, həm kinetik, həm də potensial enerjiyə malik olur.
Комментариев нет:
Отправить комментарий