Fizika - təbiətin ən ümumi qanunlarını,bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənir. Fizika yunanca "füzis "sözündən götürülmüşdür və mənası təbiət deməkdir. Ən sadə obyektlərdən (elementar zərrəciklərdən)tutmuş milyardlarla qalaktikanı özündə birləşdirən və haliyədə genişlənməkdə olan Kainata qədər hər şey daim hərəkətdədir, bir-birləri ilə qarşılıqlı təsirdədir və məlumat mübadiləsindədir.
Müasir cəmiyyət ilk növbədə fizika elmində edilən kəşflərin praktiki tətbiqi nəticəsində meydana gəlib. Elektromaqnetizmin öyrənilməsi telefonların, termodinamikanın öyrənilməsi avtomobillərin, elektronikanın inkişafı kompüterlərin metdana gəlməsinə səbəb olub.
Fizikada təbiəti öyrənmə metodları - müşahidə, eksperiment və nəzəriyyədir.
Müşahidə - hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulması, yaxud xüsusi cihazlarla məqsədli şəkildə seyr edilməsidir.
Eksperiment - hadisələrin əvvəlcədən düşünülmüş plan əsasında, xüsusi şəraitdə, xüsusi cihazlarla öyrənilməsinə deyilir.
Nəzəriyyə - real aləmin insan beynində ümumiləşmiş şəkildə əksidir. Fizika və texnika sıx əlaqədardır. Fizikanın inkişafı texnikanın inkişafına, əksinə, texnikanın inkişafı isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır.
Комментариев нет:
Отправить комментарий