Mәhlulları (vә ya әrintilәri) elektrik cәrәyanını keçirәn maddәlәr (duz, turşu vә
qәlәvi) elektrolitlәr adlanır.
Suda neytral molekulların parçalanması zamanı müsbәt vә mәnfi ionların
yaranma prosesi elektrolitik dissosiasiya adlanır.
Təcrübi olaraq müəyyənləşdirilmişdir ki, elektrolitdən cərəyan keçdikdə, ondan maddə ayrılması baş verir. Şəkildə belə təcrübələrdən birinin sxemi təsvir edilmişdir (d): iki kömür elektrod cərəyan mənbəyinin qütblərinə birləşdirilir. Cərəyan mənbəyinin müsbət qütbünə birləşdirilən elektrod – anod, mənfi qütbünə birləşdirilən elektrod isə katod adlanır. Elektrodlar elektrolit vannasına, məsələn, mis 2-xloridin suda məhluluna daxil edilir və dövrə qapanır. Yaranan elektrik sahəsi müsbət mis ionlarına (Cu+) katoda doğru, mənfi iki xlor ionlarına (Cl2–) isə anoda doğru istiqamətlənmiş hərəkət verir – elektrolitdə cərəyan yaranır. Elektrolitdә elektrik cәrәyanı müsbәt vә mәnfi ionların nizamlı hәrәkәtidir. Katoda çatan müsbət yüklü ionlar ondan elektron alaraq neytral atoma çevrilir və katod üzərində toplanaraq mis təbəqəsi yaradır. Mənfi yüklü ionlar isə artıq elektronlarını anoda verməklə neytrallaşır, onun səthində qaz qabarcıqları şəklində xlor ayrılır (bax: d). Deməli, ion keçiriciliyinin xarakterik xüsusiyyəti elektrik yükü ilə bərabər kütlə (maddə) daşınmasıdır: Elektrolitdәn cәrәyan keçәrkәn elektrodlar üzәrindә maddә ayrılması prosesi elektroliz adlanır.

Комментариев нет:
Отправить комментарий