четверг, 21 июля 2016 г.

Bir bolgunun qiymeti. Xeta

Cihazın göstərişi. Cihazın bir bölgüsünün qiymətinin tapılması. Xəta
Cihazın bir bölgüsünün qiyməti iki ən yaxın böyük bölgüsünün fərqinin həmin bölgülər arasındakı kiçik bölgülərin sayına nisbətilə təyin olunur. Şəkildə üzərində bölgüləri olan şkalalı ampermetr təsvir olunur. İki ən yaxın böyük bölgüsünü götürək: 0 və 100. Bu bölgülər arasındakı bölgüləri sayaq. 0 və 100 bölgüsü arasında 10 bölgü var. İndi isə bir bölgünün qiymətini tapaq. (100-0)/10=100/10=10. Deməli, bir bölgümüzün qiyməti 10-dur. Bu o deməkdir ki, şkalada dərəcələnmə belə aparılmışdır: 0 mA, 10mA (0+10), 20 mA (10+10), 30 mA (20+10), 40 mA (30+10), 50 mA (40+10) və s. Mütləq xətanı tapmaq üçün cihazın bir bölgüsünün qiymətinin yarısını tapırıq. Bir bölgünün qiymətini 10 tapdıq. Onda ampermetrimiz üçün mütləq xəta = 10/2=5. Ampermetrin göstərişini hesablayaq. Əqrəb 100 bölgüsündən sonra 2-ci bölgü üzərindədir. 100 mA+ 10mA+ 10mA=120mA. Deməli, cihazın göstərişi 120 mA-ə bərabərdir.

PSİXROMETRİK CƏDVƏL

Meteoroloji stansiyalarda havanın temperaturunu ölçmək üçün psixrometrik cədvəldən istifadə edilir.
Bu cədvəllə hesablama aparmaq çox asandır. Məsələn, şəkildəki məsələni həll edək. Quru termometrin göstərişi 18, yaş termometrin göstərişi isə 15 dərəcə selsidir. Nisbi rütubəti hesablayaq.
Quru termometrin göstəricisi sol tərəfdə verilib. Sağ tərəfdə isə quru və yaş termometrlərin göstəriciləri fərqi verilib. Məsələmizdə tquru-tyaş=18-15=3 dərəcə selsi. Deməli, sol tərəfdə 18 və sağ tərəfdə 3-ə uyğun göstəricini tapmalıyıq.Bu isə 73 rəqəminə uyğundur. Cavab: Deməli, nisbi rütubət 73 faiz imiş.